Qaz abunəçilərinin sayı açıqlandı

2014-cü il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın qaz operatorunun abunəçilərinin sayı 1 685 000 milyon olub. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-nin "Azəriqaz" İB-dən məlumat verilib.

İB-dən deyildiyi kimi, qaz abunəçilərinin ümumi sayından 713 456 nəfər paytaxtın, yerdə qalan hissə isə ölkə regionlarının payına düşür.
İB-dən deyiblər: "Öz növbəsində, abunəçilərin ümumi sayından 20 638 nəfər əhali qrupuna aid deyil".

Bundan başqa, İB-dən bildiriblər ki, ölkənin bütün ərazisində qaz təchizatının keyfiyyətinin yaxşılaşması üzrə işlər davam edir. Hal-hazırda respublika üzrə qazlaşdırmanın səviyyəsi 90 faiz təşkil edir. "Bu işlər daim aparılır və perspektivdə qazlaşdırmanın səviyyəsi yüksəldiləcək".

AzNews.az