Mətanət oxucuları səviyyəsiz adlandırdı

ATV telekanalının aparıcısı Mətanət Əliverdiyeva ötən gün yayılan "Canlı yayımda Röyanı yıxdı" xəbərinə əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, aparıcı "Gündəlik" verilişində bu barədə yazılanlara münasibət bildirib:

"Dünən hər yerdə yazdılar ki, Mətanət Röyanı yıxdı. Mətanət qoçu deyil, xanımdı. Mən burda rinqə çıxmamışam. Saytlardan biri xəbərə "ATV-də biabırçılıq" başlığı qoymuşdu. Biz burda biabırçı heç nə etmirik. Sizin oxucularınız da özünüz kimi səviyyəsizdir. Bizim sayəmizdə reytinq qazanmağa çalışmayın. Cəmiyyətdə o qədər biabırçı hallar baş verir ki... Hünəriniz var, onlardan yazın".

Xatırladaq ki, ötən gün canlı yayımda aparıcı Mətanət Əliverdiyevanın qəfil hərəkətindən sonra müğənni Röya müvazinətini itirərək yerə yıxılıb.

AzNews.az