Alternativ yollardan istifadə edin Alternativ yollardan istifadə edin

Sürücülərin nəzərinə: daha bir yol bağlanır

Alternativ yollardan istifadə edin



Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.

NİİM-in saytında verilən xəbərə görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Kənar yolda (şəhər istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Əsas yoldan istifadə etmələri tövsiyə olunur.

Rənglənmə işləri təxminən, saat 04:00-a qədər davam edəcək.

AzNews.az