- Köhnə - Cəmiyyət
- 15 Aprel 2014 10:16
- 3 263
Azərbaycanda əhalinin sayı artıb
Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir. Cari ilin yanvar-fevral ayları ərzində 27,7 min körpə doğulub. Ötən ilin müvafıq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğum eyni səviyyədə (18,3) qalaraq dəyişməyib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. İlin əvvəlindən ölkədə 10,7 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 7,0 təşkil edib.
AzNews.az