Temperatur 25 dərəcəyə yüksələcək

Sabah Azərbaycan ərazisində havanın temperaturu 25 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, aprelin 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-10, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində aprelin 16-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 21-25, dağlıq ərazilərdə gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.

AzNews.az