Oteldə əxlaqsızlıq yuvası aşkarlandı

Bakı şəhər sakininin əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Timur Qurbanov saxlanılıb.

Nəsimi rayonu ərazisindəki "Fawity Towers" otelində qeydiyyatçı işləyən Timur Qurbanovun orada gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.Faktla əlaqədar istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az