- Köhnə - Cəmiyyət
- 15 Aprel 2014 12:30
- 5 277
Düşmənə layiqli cavab verənlər
Eyni zamanda "Azərsu"ya bir millət vəkili olaraq minnətdarlığımı bildirmək istəyirəm ki, bir neçə gün bundan əvvəl Əlibəyli kəndində olarkən və kənd sakinlərimizlə görüşərkən kənd sakinlərinin kəndin içməli su təchizatının yaxşılaşdırılması və genişləndirilməsi, kəndin içməli su ilə problemləri olan hissələrinə su xətlərinin çəkilməsi ilə bağlı qaldırdıqları məsələni və xahişi qurumun rəhbərliyi ilə danışaraq bu məsələni həll etməyi xahiş etmişdim və elə həmin günün sabahından kənddə kəndin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün sürətli və geniş işlərə başlayıblar və inşallah yaxın günlərdə bu işlər bitəcək.Ön cəbhədə yaşayan insanlarımız qəhrəmandırlar və Ermənistanın bütün bu insanlıqdan kənar əməllərinə baxmayaq öz evlərini və torpaqlarımıza böyük sevgi ilə sahib çıxırlar və bununla da düşmənə layiqli cavablarını verirlər.
Sivil insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir.ATƏT, BMT və digər beynəlxalq təşkilatların bu məsələlərə laqeyid münasibətini Milli Məclisin son toplantısında ciddi tənqid etmişdim. Yenə də onlardan baş verən hadisələrlə bağlı hansısa ciddi mövqe gözləmirik təssüf ki... İnsanların onların ədalətli mövqeyinə inamını çoxdan itiriblər və onlar bu inamı ancaq işğalçıya təzyiq göstərməklə bərpa edə bilərlər. Tovuz istiqamətində Silahlı Qüvvələrimiz hər zaman olduğu kimi mülkü insanlarımızın ciddi zərər almaması üçün düşmənə layiqli cavab veriblər, amma görünən odur ki, mülkü insanları incitməkdən zövq almaq kimi insanlıqdan kənar əməllərdən çox təəssüf ki Ermənistan bundan sonra da əl çəkmək niyyətində deyil. İnşallah yenidən Tovuza gedəcəm və insanlarımızla bir araya gəlib görüşəcəyik. Allah kənd sakinlərimizi və ön cəbhəmizi qoruyan əsgər və hərbiçilərimizi qorusun!
AzNews.az