- Köhnə - Dünya
- 15 Aprel 2014 16:54
- 3 136
Ulduz futbolçuya itki üz verdi
AzNews.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Sapko müsəlman olduğundan, cənazə namazını İsveçin Malmö şəhərindəki islam topluluğunun lideri qılıb.
Mərasimə topluluğun üzvləri də qatılıblar. Zlatan İbrahimoviç həyat yoldaşı və uşaqları ilə birgə qardaşı üçün son borcunu yerinə yetirib. Dəfnin ardından o, təziyələri qəbul edib. Hücumçunun bu zaman taqətsiz olması diqqətdən yayınmayıb.
Qeyd edək ki, Zlatan İbrahimoviç daha öncə verdiyi müsahibədə heç bir dinə inanmadığını açıqlayıb.
AzNews.az