AB - dən Rusiyaya 3 bənddən ibarət - Ultimatum

Bu gün Lüksemburqda Avropa Birliyinə (AB) 28 üzv ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib.

Görüşdə Ukrayna böhranı, o cümlədən Rusiyanın işğalı, qaz mövzusu və Ukraynaya maliyyə köməyinin edilməsi məsələləri müzakirə edilib.

AB Kremlə son və qəti sanksiyalar tətbiq edilməsi barədə qərar qəbul etməzdən öncə 3 bənddən ibarət ultimatum verib: 1. Rusiya Dövlət Duması Putinə Ukraynada hərbi qüvvələrdən istifadə mandatı verən qərarını ləğv etməlidir. 2. Rusiya Ukraynada inzibati binaları zəbt edən silahlı separatçılarla əlaqəni kəsməlidir. 3 Ukrayna sərhədindən ordu birləşmələrini geri çəkməlidir.

"Əgər Moskva bunları etməsə, biz sanksiyalar tətbiqi yönündə irəli hərəkət edəcəyik", - deyə bəyanatda bildirilir. Böyük ehtimalla, sanksiyalar haqda qərar gələn həftə AB-nin növbədənkənar sammitində qəbul olunacaq.(Musavat.com)