Ukraynada rus agenti tutuldu - FOTO, VİDEO

Ukrayna təhlükəsizlik xidməti Ukraynanın cənub rayonlarında sabitliyi pozmaq məqsədilə fəaliyyət göstərən kəşfiyyat agentini yaxalayıb.


ANS PRESS-in məlumatına görə, 22 yaşlı Rusiya vətəndaşı Mariya Koleda aprelin 4-də Xersona gəlib. Onun sözlərinə görə, bu səfəri Ukraynaya onun doqquzuncudur.

Aprelin 5-6-da Koleda Xerson Rusiyapərəst hərəkatçılarının liderləri və fəalları ilə bir sıra görüşlər keçirib. Daha sonra o, Xersonda vəziyyətə nəzarət etmək məqsədilə bəzi rayon mərkəzlərini ziyarət edib.

Aprelin 7-də Koleda Nikolayev Regional İdarəsinə hücümda iştirak edərək odlu silahla üç nəfəri yaralayıb.

Ələ keçdikdən sonra Mariya Koleda bu hadisələrdən sonra geri Xerson regionuna qayıdıb gizlənmək fikrində olub.








AzNews.az