Kür çayında kişi cəsədi aşkarlandı

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində naməlum kişi cəsədi aşkarlanıb.

AzNews.az - ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən, təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanıb. Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 21:18-də başa çatıb.

AzNews.az