Suriyadakı vəhşiliklə bağlı hesabat: “İnsanların yatmış vicdanını oyatmaq istədik”- FOTOLAR

Üç ildir Suriyada davam edən vətəndaş müharibəsində Bəşər Əsəd tərəfdarlarının törətdiyi vəhşiliklər fotoqraf tərəfindən lentə alınıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən ölkədə işgəncələrlə öldürülən 11 min insana aid şəkillərdən ibarət kolleksiya ilə bağlı Anadolu Agentliyi tərəfindən hesabat hazırlanıb. Suriyada Əsəd rejimi tərəfindən törədilən vəhşilikləri əks etdirən hesabat və şəkillər Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələrinə göstərilib. Fransanın BMT-dəki daimi nümayəndəsi Gerard Araud bu hesabatın Beynəlxalq Ceza Məhkəməsinə göndərilməli olduğunu bildirib. Həmin bu şəkillərlə bağlı hesabat hazırlayan elm adamları da yığıncaqda fotoların saxta olmadığına dair şura üzvlərinə məlumat verib. İclasdan sonra Fransanın BMT-dəki daimi nümayəndəsi Gerard Araud bu hesabat hazırlayan elm adamlarından Prof. David M. Crane və tibb mütəxəssisi Dr. Stuart J. Hamilton ilə birlikdə mətbuat konfransı təşkil edib. Konfransda Gerard Araud "Bu fotoşəkillərlə insanların yatmış vicdanına oyatmaq istədik. Bu hesabat Beynəlxalq Ceza Məhkəməsinə göndərilməlidir. BMT Təhlükəsizlik Şurasının bu mövzuda bölünmüş vəziyyətdə olduğunun fərqindəyik, amma bu istiqamətdə səy göstərəcəyik"-, deyib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Mark L. Grant da BMT Təhlükəsizlik Şurasında təşkil edilən yığıncaqla bağlı Twitter hesabında açıqlama verib. O, bu şəkillərin sistemli işgəncə və qırğınları sənədləşdirdiyini ifadə edərək hadisənin Beynəlxalq Ceza Məhkəməsinə göndərilməsinin tərəfdarı olduğunu bildirib.

Məlumat üçün bildirək ki, şəkillər Əsədin ordusunda çalışan "Sezar" ləqəbli şəxs tərəfindən çəkilib.

Xəyalə Məmmədova
AzNews.az

image description image description image description image description