Ukraynada separatçılar hərbçiləri girov götürdü

Ukrayna Ordusunun 2 hərbçisi Donetsk vilayətinin Slavyansk rayonunda separatçılar tərəfindən girov götürülüb. AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, separatçılar 3 gündür ələ keçirdikləri Slavyansk rayonunda asayişi bərpa etmək üçün antiterror əməliyyatı keçirən Ukrayna Ordusunun 1 zabitini və 1 əsgərini tutublar.

Rusiyameyilli separatçılar vilayətin Amvrosievski rayonundakı hərbi hissəyə gələrək, bu bölmənin buradan çıxarılmasını tələb ediblər. Separatçılar bildiriblər ki, əks təqdirdə girov götürülən hərbçilər öldürüləcək.Hazırda girov götürülən hərbçilərin taleyi naməlum olaraq qalır.

AzNews.az