Ordumuzun əsgəri özünü güllələdi

Naxçıvanda ordumuzun əsgəri özünü güllələyib.

Trend-in məlumatına görə, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə əsgər Cəlilov Kamran Rüstəm oğlu avtomat silahla özünü güllələyib. Ağır yaralanan əsgər təcili hərbi hospitala yerləşdirilib. Əsgərin vəziyyətinin ağır olduğu bildirilir.

Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər. Bildilib ki, hadisə əsgər Kamran Cəlilovun silahla davranışı zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində baş verib.
Faktla bağlı hərbi prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, əsgər K.Cəlilov Lənkəran rayon Hərbi Komirssarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.

AzNews.az