Bakıda qızın intihara cəhd etməsinin səbəbi: atalığı zorlamaq istəyib

Bakıda özünü dənizə atan gənc qız danışdı.

Səbail Rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, iki gün əvvəl Dənizkənarı Milli Parkda özünü dənizə atan 18 yaşlı Nuranə Matanova intihara cəhd etməsinin səbəbini müstəntiqə deyib.

Bakı Biznes və Kooperasiya Kollecinin 2-ci kurs tələbəsi olan Nuranənin imtahanlarda problemləri olub. İmtahanları verə bilmədiyindən əsəbləri korlanıb. Bu isə onu həyatdan küsdürüb və bulvara gələrək özünü dənizə atıb. Maddi vəziyyəti pis olan N.Matanovanın ailəsi fəhləliklə çörəkpulu qazanır.

Nuranənin intihara vadar olması ilə bağlı milli.az-a tükürpədici məlumat daxil olub. Onun atalığı tərəfindən təcavüzə məruz qaldığı deyilir. Atalığı onu zorlamağa cəhd edibmiş. Buna görə də qız sevdiyi oğlana zəng edərək bu barədə deyib və özünü dənizə atıb.

AzNews.az