Ərdoğan: “Hüquq sistemimiz Gülən tərəfdarlarından təmizlənəcək“

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan dünən keçirilən iclasda maraqlı mesajlar verib. AzNews.az xəbər verir ki, o, iclasda bildirib ki, Türkiyənin hüquq sistemi ona güclü təsir göstərən Fətullah Gülən tərəfdarlarından təmizlənəcək. Baş nazirin sözlərinə görə, həmin tədbirlər dövlətçiliyin müdafiəsi məqsədilə həyata keçirilir. O, bunu həyata keçirməyin çətin olduğunu da etiraf edib. Səbəb olaraq isə, Türkiyənin artıq 35 ildir mövcud olan gizli strukturla mübarizə aparmasını göstərib.

Xatırladaq ki, Ərdoğan bir müddət əvvəl bir sıra dövlət orqanlarının Gülən hərəkatının güclü təsiri altında olduğunu bildirmişdi.

Baş nazir ölkədə keçiriləcək prezident seçkilərindən də danışıb. O, bu seçkilərdə böhrana yol verilməyəcəyini qeyd edib.

Xəyalə Məmmədova
AzNews.az