İlham Mirzəyevin ailəsi hardadır? - Açıqlama

Həbsdə olan teleaparıcı İlham Mirzəyevin ailəsindən xəbər var. Teleaparıcının vəkili Xanlar Bayramzadə AzNews.az saytına bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi mətbuatda qeyd olunduğu kimi Şirvan şəhərində deyil: "Ailəsi ilə danışmışam. Hər şey yaxşıdır. Məhkəmənin ədalətli qərar çıxaracağına inanırlar. Hazırda Bakıdadırlar".

Qeyd edək ki. İlham Mirzəyev dələduzluq (CM 178-c maddə) ittihamı ilə saxlanılıb və Nərimanov məhkəməsinin qərarı ilə barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

İntiqam Valehoğlu
AzNews.az