DSMF sədri Gəncədə qəbul keçirəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 23 aprel 2014-cü il tarixdə, saat 11:00-da Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında Gəncə şəhərinin və Yevlax, Naftalan, Samux, Göygöl, Goranboy, Xocalı, Daşkəsən, Kəlbəcər rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fonddan AzNews.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34;
Gəncə şəhər Nizami rayon şöbəsində (0222) 55- 12- 22
Gəncə şəhər Kəpəz rayon şöbəsində (0222) 64-42-07
Yevlax rayon şöbəsində (02233) 6-29-77
Naftalan rayon şöbəsində (02235) 2-17-55
Samux rayon şöbəsində (02227) 5-15-13
Göygöl rayon şöbəsində (02220) 5-50-15
Goranboy rayon şöbəsində (02224) 5-13-00
Xocalı rayon şöbəsində (02224) 7-44-14
Daşkəsən rayon şöbəsində (02221) 5-31-07
Kəlbəcər rayon şöbəsində (02221) 58-12-45

Qəbulda iştirak edəcək vətəndaşların aprelin 23-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhər Kəpəz rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

AzNews.az