- Köhnə - Hadisə
- 16 Aprel 2014 10:56
- 3 258
Şəmkirdə qadını baltalayan kişi təslim oldu
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 15-də Şəmkir şəhəri S.Qazıyeva küçəsindəki mağazada şəhər sakini Müşfiq Əmirov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətində olduğu Sevinc Həsənovaya balta ilə xəsarət yetirib.
M.Əmirov könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə gələrək təslim olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, M.Əmirov əvvəllər də məhkumluq həyatı yaşayıb.
AzNews.az