Bakı metrosunda həyəcan

Bu gün metroda panika yaşanıb.

Belə ki, musavat.com-a daxil olan məlumata görə, Həzi Aslanov metrostansiyası istiqamətində hərəkət edən qatar "Əhmədli" və "Həzi Aslanov" metrostansiyaları arasındakı tuneldə hərəkətini iki dəfə dayandırıb.

Əməkdaşımızın hadisə yerindən verdiyi xəbərə görə, vaqonlardan yanıq iyi gəlib, sərnişinlər arasında panika yaşanib. Onlar partlayış baş verəcəyindən qorxublar.

Daha sonra qatar "Əhmədli" stansiyasına gətirilib. Burada sərnişinlər vaqonlardan evakuasiya edilib. Stansiyaya polis işçiləri və metropoliten əməkdaşları gəliblər, sərnişinlərə qorxulu heç nə olmadığını bildiriblər.

15 dəqiqədən sonra yanıq iyi gələn qatar köməkçi teplovozun vasitəsilə depoya aparılıb.

AzNews.az