Sabah 25 dərəcə isti olacaq

Sabah Bakıda havanın temperaturu 25 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, aprelin 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Gündüz cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində aprelin 17-də əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək caxacağı ehtmalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlıq ərazilərdə gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

AzNews.az