Bakıda xətlənmə işlərinin aparılacağı yollar- Siyahı

Bakıda yaxın vaxtlarda yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılacağı küçə və prospektlərin adları açıqlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, tərtib olunmuş qrafikə əsasən, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub: "Yaxın vaxtlarda Bakının Tbilisi prospekti, Koroğlu Rəhimov, Məmməd Araz, Kövkəb Səfərəliyeva, Yusif Vəzir Çəmənzəminli, Şəfayət Mehdiyev, 28 May, Dilarə Əliyeva, Rixard Zorge, A.S.Puşkin küçələrində, eləcə də digər küçə və prospektlərdə xətlənmə işlərinin yerinə yetirilməsi nəzərdə tutulub".

"Azəryolservis"in sözçüsü qeyd edib ki, hazırda Nobel prospektində növbəli şəkildə 2 zolaq üzrə yolun xətlənməsi işləri aparılır. Burada aparılan işlərin 2-3 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, artıq paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov, küçələri, Neftçilər prospektində, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən A.Bakıxanov küçəsinədək olan hissəsi, Həsən Əliyev küçəsinin yeni təmir olunmuş 300 metrlik hissəsi, Heydər Əliyev prospektində əsas yolda və kənar yollardan birində xətlənmə işləri yerinə yetirilib.

AzNews.az