12 yaşında ana, 13 yaşında ata oldular- ən gənc cütlük

Bütün ölkələrdə müzakirə edilən şok hadisə yaşanıb. Belə ki, 12 yaşlı qız ana olub. Anspress-in məlumatına görə, İngiltərədə baş verən hadisədə balaca qız oğlan övladı dünyaya gətirib.

Keçən həftə baş verən səs-küylü hadisədə 12 yaşlı qız İngiltərənin ən gənc anası olub. Körpənin atası 13 yaşlı oğlandır. O isə ölkənin ən gənc atası adını qazanıb.

Ana hələ məktəbin aşağı siniflərində oxuyur. Yeni doğulan körpənin çəkisi 3.18 kq-dır. Adı açıqlanmayan gənc ana 27 yaşlı anası ilə Şimali Londonda yaşayır.

İngiltərənin ən gənc cütlüyü uşaqlarını birlikdə böyütməyi planlaşdırıblar.

AzNews.az