Türkiyədə prezident seçkilərinin vaxtı açıqlandı - VIDEO

Türkiyədə ilk dəfə keçiriləcək prezident seçkilərinin tarixi məlum olub. Türkiyə Prezidenti Abdulla Gülün səlahiyytələri avqustun 28-də bitir. Yüksək Seçki Qurumu rəsmi şəkildə seçki tarixinin avqustun 10-da olacağını elan edib. Əgər birinci turda prezident seçilməsə, ikinci tur avqustun 24-də olacaq.


Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərindən sonra, indi də ölkə gündəmini avqustda keçiriləcək prezident seçkiləri işğal edib. Türkiyədə bu il keçiriləcək prezident seçkilərinin tarixi də artıq açıqlanıb. Seçkilər avqustun 10-da, bazar günü baş tutacaq. Bu seçkilər həm də ona görə əhəmiyyətli sayılır ki, Türkiyə vətəndaşları ilk dəfə prezidentlərini özləri seçəcək.

Türkiyənin siyasi qüvvələri isə bu seçkilərə ciddi hazırlaşır. Əsas müxalifət partiyalarından isə artıq kimin prezidentliyə namizəd olacağı bəllidir. Yalnız hakim AKP-dən kimin namizəd olacağı sürprizdir. Ədalət və İnkişaf Partiyası əsas 2 adın üzərində dayanıb. Abdülla Gülün və ya Rəcəb Tayyib Ərdoğanın namizəd olacağı məlum deyil. Buna görə də bələdiyyə seçkilərindən sonra Gül və Ərdoğanın etdikləri açıqlamalar çox maraqla izlənilir.

Gül isə aprelin sonu, mayın əvvəlində namizəd olacaq şəxsin elan ediləcəyini acıqlayıb. Ərdoğan da bu məsələni prezident Güllə müzakirə edəcəyini açıqlamışdı. Ərdoğanın ötən həftə jurnalistlər üçün etdiyi açıqlama isə xüsusi diqqəti çəkir, baş nazir konstitusiyaya əsasən prezident idarəçiliyin başında olacağını deyib. Bu seçkilərdən sonra məsuliyyət tamam başqa cür olacaq, protokol prezident deyil, tərləyən, qaçan və qaçdıran prezident olacaq, deyib. Bu, ifadələrdən sonra da Ərdoğan Çankaya Köşkü üçün özünü anlatdığı bildirilir.

Qeyd edək ki,1923-cü ildən indiyə kimi Türkiyə Cümhuriyyəti tarixində 10 nəfər prezident olub.



AzNews.az