“Topaz“ axtarışa verildi

Ukrayna Daxili İşlər Nazirliyinin rəsmi internet saytında "Topaz" ləqəbli "antimaydan" fəallarından biri Iqnat Kromskoy barədə axtarış verilib.

ANS PRESS-in məlumatına görə, "Topaz"ın axtarışa verilməsinə səbəb onun istintaq altinda olmasına baxmayaraq ev dustaqlığından qaçmasıdır.

Qeyd edək ki martın 28-də antimaydan mitinqində saxlanandan sonra Iqnat Kromskoy ev dustaqlığına məhkum edilmişdi. Kromskoya elektron bilərzik taxılmasına baxmayaraq o, ev həbsindən qaçmağı bacarıb. Iqnatın elektron bilərziyi qırıb qacdığı güman edilir.

Məlum olduğu kimi, əslən Xarkovlu olan Kramskoy Kiyevin Marinskiy parkında keçirilən "antimaydançı"lardandıe. O, həmçinin "antimaydan" düşərgəsində çəkilmiş videolardan qrupun əsas istiqamət verənlərindən biri olduğu deyilir.


AzNews.az