Nərimanovun icra başçısı Əli Həsənovun müavini seçildi

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev YAP rəhbərliyində yeni vəzifəyə seçilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə qərar partiyanın Partiyalararası əlaqələr və dialoq komissiyasının iclasında verilib. İcra başçısı sözügedən komissiyanın sədr müavini vəzifəsinə seçilib.

Qeyd edək ki, YAP-ın partiyalararası əlaqələr və dialoq komissiyasının sədri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovdur.

AzNews.az