Ordunun qarşısını kəsən separatçılar güllələndi

Donetski vilayətinin Kramatorska rayonu Pçelkina yaşayış məntəqəsində Ukrayna hərbçiləri silahlarını separatçılara təhvil veriblər.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, tərksilah olan hərbçilər Dneprovetrovsk şəhərinə yola düşüblər.
Əvvəlcə hərbçilər yerli sakinlər tərəfindən blokadaya alınıb, sonra isə hadisə yerinə rusiyameyilli silahlı separatçılar gəlib. Danışıqlar nəticəsində hərbçiləri avtomat silahlarının əsas detallarını, o cümlədən güllə darağını separatçılara təhvil veriblər. Buna baxmayaraq, Kramatorska rayonu Vasilevka kəndində Ukrayna hərbçiləri texnikanın qarşısını kəsərək, onlara geri qayıtmaq əmri verən mülki şəxslərə atəş açıblar. İlkin məlumata görə, 3 nəfər yaralanıb.

Mövzu ilə bağlı videonu buradan izləyə bilərsiniz.

Aydan
AzNews.az
image description image description image description