Rafiq Hüseynov: “Özümü pis hiss edirəm”

Azərbaycanın xalq artisti, tanınmış diktor Rafiq Hüseynov Türkiyədən qayıdıb. AzNews.az-a açıqlama verən Rafiq Hüseynov deyib ki, Türkiyədən ötən gün dönüb. Burada ona kimyaterapiya edilib.

Xalq artistinin sözlərinə görə, kimyaterapiyadan sonra səhhətində həmişə narahatlıq yaranır: "Bunun fəsadları sabah bilinəcək. Həmişə kimyaterapiyadan sonra özümü pis hiss edirəm".

Xalq artisti onu da qeyd edik ki, Türkiyəyə ayda bir dəfə müayinə üçün getməlidir.

Xatırladaq ki, R. Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkir. O, bu xəstəliklə əlaqədar Türkiyədə cərrahi əməlliyat olunub.

Bahar Rüstəmli
AzNews.az