16-60 yaşlı rusiyalı kişilər Ukraynaya buraxılmayacaq

Ukrayna tərəfi Rusiya vətəndaşı olan 16-60 yaşlı kişiləri ölkə ərazisinə buraxmayacaq.

AzNews.az - ın xəbərinə görə bu barədə Rusiyanın "Aeroflot" şirkətinə istinadən APA - ya Moskva müxbiri məlumat verib.

Məlumatda qeyd olunub ki, Ukrayna tərəfi aviaşirkətə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib. Konkret olaraq kişi cinsindən olan 16 yaşdan 60 yaşadək Rusiya vətəndaşları Ukrayna ərazisinə buraxılmayacaqlar.

Bundan başqa eyni yaş kateqoriyasına aid Krım və Sevastopol qeydiyyatında olan kişilərin də Ukrayna ərazisinə girişi yasaqlanıb.

Hər iki halda vətəndaşların Ukrayna ərazisinə buraxılışı sərhəd qoşunları rəisinin qərarı ilə mümkün ola bilər.

Ukrayna vətəndaşı olan, Krım və ya Sevastopolda qeydiyyatda olan 20 yaşdan 35 yaşadək olan qadınların Ukrayna ərazisinə buraxılışı isə yalnız axtarış-yoxlama tədbirlərindən sonra mümkün olacaq.

AzNews.az