Bulvarda ölən kişinin kimliyi bəlli oldu - YENİLƏNİB

Dənizkənarı Milli Parkda qəfildən dünyasını dəyişən şəxsin kimliyi məlum olub.

AzNews.az xəbər verir ki, 39-cu Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, ölən şəxs Şirvan şəhərinin Xaqani küçəsində qeydiyyatda olan Əsgərov Ramiz Böyükağa oğludur.

Həkimlər Şirvan sakininin ürəktutmasından dünyasını dəyişdiyini bildirib.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

21.50
Bakının Dənizkənarı Milli Parkında ölüm halı olub.

ANS PRESS-in məlumatına görə, 45-55 yaşlı kişi ürəktutmasından vəfat edib.

39-cu Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, təcili yardım maşını şəxsiyyəti məlum olmayan şəxsi xilas etməyə yetişə bilməyib. Belə ki, həkimlər gələnə kimi həmin şəxs keçinib.

Hadisə şahidlərinin dediyinə görə, həmin şəxs gəzən zaman müvazinətini itirərək yerə yıxılıb.

AzNews.az