Putin 3 saata 81 sual cavablandırdı


Xəbər verildiyi kimi, bu gün Rusiya prezidenti Vladimir Putin canlı yayımda ölkə vətəndaşlarının suallarını cavablandırıb.

AzNews.az xəbər verir ki, üç saat davam edən yayımda prezident 81 suala cavab verib. O, ölkədə baş verən hadisələrlə yanaşı, təkcə Krım və Ukraynaya aid edilən 35 sualı cavablandırıb.

Vladimir Putin sualları cavablandırarkən ailəsi ilə bağlı məqama da toxunub.

Putin keçmiş xanımı haqda ona ünvanlanan sualı zarafatla cavablandırıb.

"Əvvəlcə onu ərə vermək lazımdır. Sonra isə özüm haqda fikirləşərəm", - deyə prezident bildirib.
Xatırladaq ki, Putin ilk dəfə 2001-ci ilin dekabrında canlı yayımda Rusiya vətəndaşlarının suallarını cavablandırıb. O vaxdan etibarən Putin hər il (2004 və 2012-ci il istisna olmaqla) canlı yayımda əhalinin suallarını cavablandırır.

AzNews.az