87 yaşlı yazıçı evində vəfat edib 87 yaşlı yazıçı evində vəfat edib

Kolumbiyada üç günlük matəm: Markesin ölümünə görə- Yenilənib

87 yaşlı yazıçı evində vəfat edib



Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes (Gabriel Garcia Marquez) dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, məşhur yazıçı pnevmaniya xəstəliyindən əziyyət çəkirdi. O, bir müddət əvvəl Meksikada xəstəliyi ilə bağlı xəstəxanaya da yerləşdirilmişdi. 87 yaşlı yazıçı evində vəfat edib.

Məlumat üçün bildirək ki, Qabriel Qarsiya Markes 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.(07.40)

***
Xəbər verdiyimiz kimi, Nobel mükafatı laureatı məşhur yazıçı Qabriel Qarsia Markes vəfat edib. Onun ölümü ilə bağlı Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə 3 günlük matəm elan edib. "Kolumbiya bizim hər dövrün ən sevimli yazıçısının bizi tərk etməsi ilə matəmə düşdü. Markes bizim Nobel laureatımızdır. O, tarix boyu ölkəmizin adını ucaldıb",- deyə Santos bildirib.

Xəyalə Məmmədova
AzNews.az