Ən pis vərdişlərimizdən bir neçəsi- SİYAHI

AzNews.az saytı insanın ən pis vərdişlərinin bir neçəsini təqdim edir.

1.Kredit borcunu ödəyərkən son ödəmə tarixinə baxırıq. Ödəməyə bir gün qalmış həyəcanlanır, sonra ödəyirik.

2.Telefonumuzun "zaryadka"sının bitməyinə bir faiz qalmış əl-ayağa düşürük: adaptoru olan varmı?

3.Makiyajı silmək qadınların yadına yatağa girəndə düşür

4. Qadın sevgilisiylə gəzməyə çıxarkən bəy qapının qarşısından zəng edir. Qadının reaksiyası: "dayan, dayan bu dəqiqə hazırlaşıram".

5.Kirayə haqqını və işıqpulunu ödəmək haqqında götür-qoy edirsən. Qəfil işıqlar borca görə kəsilir. Reaksiya: "Heç olmasa duraq gedək yataq".

6.Sürücülərin əksəriyyəti avtomobilini ustaya göstərmək üçün onun xarab olmağını, qış təkərləri "vurmaq"çün qarın yağmağını gözləyərlər. Onda da gec olar.

7.İmtahanın başlamağına 10 dəqiqə qalmış tələbənin imtahana hazırlaşmağı ən gözəl "bacarığıdır"

8.İş görüşməsinə gedərkən CV-mizə daha nəyi əlavə edə biləcəyimizi düşünürük: "Hə, burda da işləmişdim axı"

9.Evdən bütün ərzaqlar qurtarmayınca bazarlığa gedən bizdən deyil.

10.Təmizlik işləri qadınların yadına evə qonaq gələcəyini öyrənəndə düşür.

Hörmətli oxucularımız, bəs sizin xoşunuza gəlməyən vərdişiniz hansıdır?

İntiqam
AzNews.az