Hərbi hissədə partlayış: yaralananlar var

Türkiyənin Çanaqqala vilayətində hərbi hissələrin birində partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib. 18 əsgərin yaralandığı bildirilir.

Məlumatda o da qeyd olunur ki, partlayışa tank əleyhinə mərmi ilə ehtiyatsız davranma səbəb olub. Yaralanan əsgərlər hərbi hospitallara aparılıblar.

AzNews.az