“Avtovağzal” metrostansiyası açılmayacaq – RƏSMİ

"Bakı Metropoliteni"nin "Avtovağzal" stansiyasının mərhum prezident Heydər Əliyevin 91 illik yubileyinə qədər - mayın 10-da istifadəyə veriləcəyi ilə bağlı xəbərə qurum rəhbərliyindən açıqlama gəlib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, "Avtovağzal" və "Memar Əcəmi 2" stansiyalarının tikinti işləri qrafikə uyğun olaraq davam etdirilir.

Hazırda hər iki stansiyada müasir standartların tələbinə cavab verən avadanlıqlar quraşdırılır. Bu stansiyaların ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Amid
AzNews.az