Türkiyəli futbolçu ilə sevgili olduğu deyilən azərbaycanlı danışdı

"Yazılanlar doğru deyil. Futbolçu Səlçukla sadəcə dostluq münasibətimiz var. Sevgili deyilik".

Bunu AzNews.az-a açıqlamasında hazırda Türkiyənin İstanbul şəhərində yaşayan azərbaycanlı iş adamı, keçmiş teleaparıcı Leyla Süleymanova deyib. O, bildirib ki, barəsində deyilənlərin əsası yoxdur: "Rəfiqəm, türk aktrisası Ebru Öztürkün oynadığı "Aşk oyunu" filminin təqdimat mərasimindən sonra Səlçuk məni evə yola salarkən sağollaşıb dostca görüşüb-öpüşdük. Fotolara diqqətlə baxılsa görüləcək ki, o mənim yanağımdan öpüb. Dostlar, bu cür sağollaşmaq normal haldır. Sadəcə xahiş edirəm, bunu kimsə başqa yerə yozmasın. Haqqımda çıxan dedi-qodular ürəyimcə deyil".

Qeyd edək ki, bir müddət bundan əvvəl Türkiyə mətbuatında Leyla Seleymanovanın ölkənin tanınmış "Fənərbaxça" futbol komandasının oyunçusu Səlçuk Şahinlə eşq yaşadığı xəbəri yayılmışdı.

Bahar Rüstəmli
AzNews.az