Obama ilə Merkel Rusiyaya qarşı sanksiyadan danışdı

ABŞ prezidenti Barak Obama və Almaniyanın federal kansleri Angela Merkel telefonla danışıb. Onlar dialoq əsnasında belə nəticəyə gəliblər ki, Rusiya şərqi Ukraynadakı vəziyyəti sabitləşdirmək üçün təcili tədbirlər görməlidir.

AzNews.az xəbər verir ki, "Ağ Evin" mətbuat xidmətinin açıqlamasına görə, dövlət başçıları növbəti dəfə Ukraynanın şərqində baş verən hadisələrdən narahatlıqlarını bildiriblər.

B. Obama qeyd edib ki, Rusiya Ukraynanın şərqindəki gərginliyi aradan qaldırmaq, separatçıların tərkisilah edilməsi üçün təxirə salınmaz addımlar atılmasına dəstək verməlidir. Prezident və kansler razılaşıblar ki, əgər yaxın günlərdə Rusiya tərəfindən tədbirlər görülməzsə, ABŞ və Avropa sanksiyaları gücləndirməyə hazırdır.

Aydan Axundova
AzNews.az