Ukrayna telekanalında Qarabağ münaqişəsi – Video

"Ukrayna" televiziya kanalında postsovet məkanında qondarma respublikaların taleyindən bəhs edən veriliş yayımlanıb.

AzNews.az-ın məlumatına görə, "Qovorit Ukraina" studiyasının hazırladığı "Tanınmamış dövlətlərin taleyi" adlanan siyasi tok-şouda qondarma dövlətlərin yaranmasına, mövcud vəziyyətinə diqqət yönəldilib. Rusiyanın qondarma dövlətlərin dəstəklənməsi, onlara maddi və texniki yardım göstərilməsi də verilişin əsas sujet xətti olub.
Proqramda Ukraynanın Krım, Gürcüstanın Abxaziya və Osetiya, Moldovanın Dnestryanı bölgələrindən bəhs edilib. Verilişdə Ermənistanın Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın ilhaq edilməsi, bu problemin yaranma tarixinə də diqqət yönəldilib.

Qeyd edək ki, verilişin Dağlıq Qarabağla bağlı hissəsinə 36-cı dəqiqədən baxa bilərsiniz.


AzNews.az