“Şəhidlərimizin intiqamını tezliklə alacağıq” “Şəhidlərimizin intiqamını tezliklə alacağıq”

Zakir Həsənov: “İstənilən vaxt torpaqlarımızı azad etməyə hazırıq”

“Şəhidlərimizin intiqamını tezliklə alacağıq”



Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlərdən danışıb.

APA-nın məlumatına görə, Z. Həsənov C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, neçə illərdir, dinamik inkişaf edən Naxçıvan etibarlı formada qorunmalıdır və qorunur.

Nazir qeyd edib ki, digər bölgələrdə olduğu kimi, Naxçıvanda da hərbi strukturların inkişafına diqqət yetirilməlidir: "Təlimlər sübut etdi ki, şəxsi heyətdə böyük ruh yüksəkliyi var. Onlar istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə hazırdırlar".

Z. Həsənov ordunun istənilən vaxt torpaqları işğaldan azad etməyə, Ali Baş Komandanın əmrinə hazır olduğunu da vurğulayıb.

AzNews.az