Azərbaycanlı iş adamı sükutu pozdu- həbs olunduqdan 4 ay sonra

Ötən il dekabrın 17-də Türkiyədə həyata keçirilən "Böyük rüşvət" əməliyyatında həbs olunan azərbaycanlı iş adamı Rza Zərrab azadlığa çıxdıqdan sonra ilk dəfə mətbuata açıqlama verib .

O, 4 aydır davam edən sükutunu pozaraq "Böyük rüşvət" əməliyyatının Türkiyə hökümətinə qarşı qəsdən təşkil edilmiş əməliyyat olduğunu bildirib. "Mən həbsxanada ikən, mənə bütün günahları hökümətin üstünə atsam, sərbəst qala biləcəyimi söylədilər. Əlbəttə, mən bu təklifi qəbul etmədim. Həmin gün səhər saatlarında, yataq otağımdan çıxarıldım. Qapıda da 20 operatoru gördükdə, artıq bunun qəsdən təşkil edilmiş bir əməliyyat olduğunu anladım".

Rza Zərrab onun qeyri-qanuni işlərlə məşğul olduğu ilə bağlı deyilən fikirlərə də münasibət bildirib: "Mən işlədiyim ticarət qanunidir. İşimin qeyri-qanuni olduğunu iddia edən insanlar ya hesablamanı səhv bilir, ya da məni tanımadan haqqımda yanlış fikirlər formalaşdırırlar. Dələduzluqla əldə olunan pul qara puldur. Mənim etdiyim bütün ticarətlər banklar vasitəsilə edilib. Qızıl ticarətim də qanunidir. Bu sahədə qaçalmalçılıq etmək mümkün deyil. Çünki qızıl ticarətində vergi yoxdur. Mən məhkəmədə olanda hakim qızıl ticarətində qaçalmalçılıq etdiyimi iddia edəndə, mən ona qızıl alverində verginin olmadığını söylədim. Səmimi deyim ki, hakim də təəccübləndi. Çünki onun da qızıl ticarəti ilə bağlı məlumatı yox idi".

Xəyalə Məmmədova
AzNews.az