Separatçılar şərt qoydu: “Əvvəl Kiyevdə, sonra bizdə”

Ukraynanın şərq vilayətində qondarma "Donetsk Xalq Respublikası" elan edən separatçılar bölgədə ələ keçirilən inzibati dövlət binalarını azad etmək üçün şərt irəli sürüblər. AzNews.az-ın xəbərinə görə, separatçılar bildiriblər ki, Ukraynanın indiki hakimiyyəti qaunsuzdur və bu baxımdan həmin hökumət Kiyevdəki inzibati dövlət binalarını qanunsuz olaraq ələ keçirib: "Donetskidə tutulan binalar yalnız, Prezident Adminstrasiyası və Ali Rada boşaldıldıqdan sonra azad ediləcək".

Qondarma qurumun baş naziri kimi təqdim olunan Denis Puşilin deyib ki, inzibati binalar tutulma ardıcıllığı ilə azad edilməlidr: "Əvvəl Kiyevdə, sonra bizdə bu proses aparıla bilər. Əks təqdirdə binaları azad edən deyilik".

Xatırladaq ki, dünən Cenevredə baş tutan görüşdə ( Rusiya, Ukrayna, Aİ, ABŞ) iştirakçılar zəbt edilən inzibati binaların azad edilməsi və qanunsuz birləşmələrin tərksilah edilməsinə dair razılığa gəliblər.

Aydan
AzNews.az