Qəbələdə ağır qəza - 2 ölü - Foto

Qəbələ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Axar.az" xəbər verir ki, aprelin 18-də saat 22.00 radələrində Qəbələ-Ağdaş yolunun 21-ci km-də rayonun Çarxana kəndi ərazisində ağır qəza qeydə alınıb. Tovuz rayon sakini Elçin Qocayevin idarəetməni itirməsi nəticəsində "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Zərbənin təsirinindən Elçin Qocayev və yanında olan sərnişin, həmyerlisi Ruslan Hümmətov aldığı xəsarətlərdən hadisə yerindəcə keçiniblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


AzNews.az