Milyonları şoka salan - FOTO

Qanlı vətəndaş müharibəsinin səngimədiyi Suriyada çəkilmiş bir foto sosial şəbəkələrdə yayılandan sonra milyonlarla insanı şoka salıb.

Məlumata görə, Suriya Azadlıq Ordusunun yaydığı fotoda yerdə oturmuş körpənin ətrafında silahlı şəxslər durublar. Uşaq ona tuşlanmış avtomatlara heyrətlə baxır. Suriya Azadlıq Ordusu fotonu "Bizim ən gənc girovumuz" adı ilə yayıb. Fotonun Suriya-Türkiyə sərhədinə yaxın Kəsab şəhərində çəkildiyi güman edilir. (Milli.Az)