Bakıda “KRAZ” yandı

Bakının Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, şirkətə məxsus "KRAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.



AzNews.az