Türk liderlərinin Krıma getməsi əngəlləndi

Aprelin 19-da Krım türklərinin (tatarlarının) lideri, Ukrayna parlamentinin deputatı, Mustafa Cəmilev (Krımoğlu) və Krım Tatarları məclisinin sədri Refat Çubarovu Krım ərazisinə buraxmaq istəməyiblər.

Lent.az-ın "gazeta.ru"-ya istinadən məlumatına görə, "Unian.net" bildirib ki, Krımoğlu və Çubarovu "Krım özünümüdafiə" adlı qurumun təmsilçisi sayılan 6 silahlı saxlayaraq, onların sənədlərini alıb. Yaraqlılar bunun səbəbini bildirməyiblər.

Məclisin mətbuat katibi Lila Müslimova bildirib ki, 1,5 saatdan sonra siyasətçiləri Krıma buraxılıblar. "Sərhədçilərlə uzun sürən telefon danışığından sonra onların sənədlərini qaytarıblar və əraziyə daxil olmalarına icazə veriblər" -deyə, o, vurğulayıb.

Mənbənin məlumatına əsasən, olay Xerson vilayətinin Çonqara yaşayış məntəqəsində baş verib.

Hadisə ilə bağlı Rusiyanın rəsmi orqanları açıqlama verməyib.


AzNews.az