Putindən NATO-ya: “Biz hər kəsi boğarıq“

Putin Cenevrə görüşündən sonra Qərbə qarşı sərt siyasi mövqeyini dəyişib.

"Axar.az" xəbər verir ki, Putin Qərblə Rusiya arasında əlaqələrin normallaşmasında hər hansı maneələrin qalmadığını deyib. Putin həmçinin NATO-nun yeni Baş katibi barədə də fikirlər bildirib: "Stoltenberqlə çox isti münasibətlərimiz var, bura şəxsi münasibətlər də daxildir. Özü də çox ciddi və məsuliyyətli bir insandır. Bu yeni tutumla əlaqələrimizin necə inkişaf edəcəyini görəcəyik". ABŞ və Avropa Birliyinin ittihamlarını rədd edən Putin NATO-nun genişlənməsini heç cürə qəbul etməyəcəklərini bəyan edib. NATO-nun genişlənməsinin Rusiyaya "boğucu bir təsiri" olub olmadığı ilə bağlı suala cavab verən Putin zarafatyana bildirib ki, "Biz hər kəsi qərq edərik, qorxmayın".

AzNews.az