Bakı-Quba yolunda ağır qəza – yaralananlar var

Bakı-Quba yolunda qəza olub.

Magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində, Taxta Körpüyə çatmamış "VAZ 21010" markalı avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildə olan sərnişinlər ağır xəsarətlər alıb. Onlar təcili xəstəxanaya çatdırılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, sürücü xəsarət alsada, hadisə yerini tərk etməyib. Sumqayıt sakini olduğunu bildirən sürücü qəzaya səbəb kimi qarşısına "KamAZ" markalı maşının çıxmasını göstərib.

Yaralı halda xəstəxanaya aparılan sərnişinlərdən biri sürücününü anası olub.

Hadisə yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıb (ANS).