ABŞ konqresmenləri Bakıya gəldi

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysun başçılıq etdiyi nümayəndə heyətinin Bakıda səfərdə olub.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə konqresmenlər Eliot Engel, Luis Frenkel və Devid Sicilin da daxil olublar.

Onlar prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Hasanov və başqa yüksək vəzifəli şəxslərlə görüşüblər. Qonaqlar, həmçinin, Sənqaçal Neft Terminalına səfər edib, vətəndaş cəmiyyətinin və Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşüblər.

Azərbaycandan sonra konqresmenlər Ukrayna və Ermənistana da səfər edəcəklər.(APA)