Jirinovski canlı efirdə üzr istədi - Video

LDPR lideri Vladimr Jirinovski təhqir etdiyi qadın jurnalistdən üzr istəyib.

Anspress-in xəbərinə görə, partiya lideri bu addımı, "Rossiya-1" telekanalında iştirak etdiyi "Bladimr Solovyovla Bazar axşamı" verilişinin canlı efirində atıb. Xanım jurnalistlə çox kobud danışdığını etiraf edən Jirinovski jurnalistdən və hər kəsdən üzr istəyib, həmçinin xəstəxanada müalicə olunan jurnalistə maddi yardım göstərə biləcəyini qeyd edib.

Xatırladaq ki, LDPR sədri Vladimir Jirinovski "Rossiya segodnya" telekanalının əməkdaşını təhqir etmişdi. Belə ki, Jirinovski parlament müxbirlərinin suallarını cavablandırarkən qəfildən əsəbiləşib. Xanım jurnalistlərdən biri Vladimir Jirinovskiyə "Rus kişisinin Ukraynaya girişinin qadağan olması ilə bağlı Rusiyanın Ukraynaya sanksiya tətbiq etməlidirmi?" sualını verib. Bundan bərk əsəbiləşən Jirinovski jurnalist qadını təhqir etməyə başlayıb. Bundan sonra Jirinovski partiyasından olan bir neçə kişini jurnalist qadınların üstünə itələyərək onları zorlamalarını istəyib. "Rossiya segodnya" telekanalının əməkdaşı hamilə olduğunu söyləsə də, Jirinovski onu da təhqir etməkdən çəkinməyib.

AzNews.az