Amaliya Pənahova: “Gecə saat 12-dən sonra… “

Son günlər xarici görünüşü ilə mətbuatın gündəmindən düşməyən xalq artisti Amaliya Pənahova qida rejimindən danışıb. AzNews.az xəbər verir ki, tanınmış aktrisa televiziya çıxışında heç vaxt pəhriz tutmadığını bildirib:

"Heç vaxt pəhriz saxlamamışam. Həyat yoldaşım sağ olanda gecə saat 12-dən sonra oturub yemək yeyirdik. Çünki radioda işləyirdi, evə gec gəlirdi. O, gələndən sonra oturub iştahla istədiyimi yeyirdim. Heç vaxt özümə yeməklə bağlı qadağalar qoymamışam".

Aktrisa son günlər mətbuatın gündəmində olmasından da danışıb və qələm əhlindən gileylənib: "Bəzi dırnağarası jurnalistlər haqqımda nə gəldi yazırlar, heç fikir vermirəm də".

İntiqam
AzNews.az